Arda "Real" rəhbərliyi qarşısında bu tələbi irəli sürdü

AVRO-2024-də uğuru ilə diqqət çəkən Türkiyə millisinin futbolçusu Arda Gülerin “Real Madrid”dən istəyi məlum olub.

Metbuat.az xəbər verir ki, Joselunun klubdan ayrılacağı açıqlanandan sonra Arda onun 14 nömrəli formasını geyinmək üçün tələb irəli sürüb. Hazırda 24 nömrəli forma ilə çıxış edən Ardanın 14 nömrəli formanı istəməsi təsadüfi deyil. Bundan əvvəl 14 nömrəli formanı Xose Mariya Qutyerres geyinib.

Türk futbolçu Madriddəki kumiri ilə eyni nömrəni geyinmək istəyir. Məlumata görə, idarə heyəti Arda Gülerin təklifini nəzərə alacaq. Lakin digər futbolçuların da nömrə ilə bağlı tələbləri olduğuna görə, Ardanın istəyi reallaşmaya bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR