ATV-nin bu verilişləri fəaliyyətini dayandırdı

ATV ötən gündən başlayaraq proqramları ilə bu mövsümlük vidalaşır.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, ötən gün “El canlı” verilişi sezon finalı edib.

Həftəiçi 5 gün yayımlanan “Rəngarəng səhər” də artıq ekrana gəlməyəcək. Aparıcı Zaur Nəbioğlu bildirib ki, onlar final edib. Yeni sezonda başqa veriliş yayımlanacaq.

Bu gün “Günaylı gün” proqramı da efirə bir müddətlik ara verəcək.

Hər axşam yayımlanan “7 tamam” proqramı da sezon finalı edəcək. Yeni mövsümdə Nanə Ağamalıyevanın başqa proqramla, yoxsa bu layihə ilə ekrana çıxıb-çıxmamağı sual altındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR