Azərbaycanın 16 sığortaçısının məcmu aktivləri 17 % artıb

“Xalq Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 561,674 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 17,4 % çoxdur.

2023-cü ildə sığortaçılardan 10-u aktivlərini artırıb, 6-sı azaldıb.

Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 21,5 % artaraq 716,953 milyon manat, məcmu qısamüddətli aktivləri isə 14,2 % artaraq 884,72 milyon manat olub. 11 şirkət uzunmüddətli aktivlərini, yenə də 8 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.

Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 19,5 % artaraq 1 140,667 milyon manat təşkil edib. Sığortaçılardan 9-da öhdəliklər artıb, 7-də isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 26,5 % artaraq 1 072,676 milyon manat, məcmu qısamüddətli öhdəlikləri isə 36 % azalaraq 67,991 milyon manat olub. 10 şirkət uzunmüddətli öhdəliklərini, 5 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.

Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 12,1 % artaraq 421,007 milyon manata, məcmu nizamnamə kapitalı isə 0,5 % artaraq 249,59 milyon manata çatıb. Bazar iştirakçılarından 12-si balans kapitalını, 1-i - “Atasığorta” isə nizamnamə kapitalını artırıb.

“Xalq Sığorta” maliyyə hesabatını açıqlamayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı