AVRO-2024: Almaniya millisi 1/4 finalda - VİDEO

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.

Metbuat.az xəbər verir ki, 1/8 finalda Danimarka millisinə 2 cavabsız qolla qalib gələn ev sahibi ölkənin yığması növbəti mərhələyə adlayıb.

Matçda hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə isə Camal Musiala rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.

Almaniya millisi 1/4 finalda İspaniya - Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl İsveçrə yığması İtaliyanı 2:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

***

Matçda məcburi fasilə başa çatıb, oyun qaldığı yerdən davam edib.

***

Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə güclü yağış səbəbindən fasilə yaranıb.

Metbuat.az xəbər verir ki, Dortmunddakı "Siqnal İduna Park" stadionundakı matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver qarşılaşmanı saxlayıb.

Qeyd edək ki, matçda hesab açılmayıb.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başlayıb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Dortmunddakı "Siqnal İduna Park" stadionunda keçirilir.

Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR