Azərbaycanda hərbi çağırış qaydaları dəyişdi

2023-cü ildə Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən hərbi xidmətə çağırışla bağlı yeni qaydalar müəyyənləşib. Yeni qaydalar iyulun 1-dən qüvvəyə minəcək.

Metbuat.az Milli.az-a istinadən xəbər verir ki, hazırki qaydalara əsasən, hərbi xidmətə çağırılan çağrışçılar ilkin olaraq hərbi komisarlıqlarda müayinədən keçirilir, digər zəruri hallarda isə müalicə müəssisələrində müqayinədən keçirdilər. Yəni nəticə olaraq şəxsin hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində olan hərbi həkim komissiya qərar verirdi.

Bugündən etibarən isə Səfərbərlik xidmətinin hərbi həkim komissiyası bu qərarı verə bilməyəcək. Həmin yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq.

Bu dəyişiklikdə məqsəd isə bu sahədə olan neqativ halların qarışını almaqdır.

Qeyd edək ki, ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində islahatlar aparılır. Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı Baş Prokurorluq tərəfindən mütəmadi olaraq müvafiq dövlət qurumları ilə birgə mübarizə davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı