"Fənərbaxça" Madrid klubunun futbolçusu ilə anlaşdı

"Fənərbaxça" və "Atletiko Madrid" Çağlar Söyüncünün transferi ilə bağlı razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, "Atletiko Madrid" 12 milyon avro tələb etsə də, türklərin israrından sonra Madrid klubu endirim edib. Tərəflər bonuslarla birlikdə 10 milyon avroya razılığa gəliblər. Məlumata görə, "Fənərbaxça" Çağlar Söyüncü ilə də detalları razılaşdırıb.

Türkiyə mediasının məlumatına görə, Acun Ilıcalı və Mario Branko İstanbul klubunun prezidenti Ali Koçla birlikdə transfer üçün böyük səy göstəriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı