Avropa nəhənglərindən sürpriz təklif - Qərarı Mourinyo verəcək

"Mançester Yunayted" "Fənərbaxça"da çıxış edən ulduz futbolçu Ferdi Kadıoğlunu transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, futbolçunun AVRO-2024-dəki çıxışı avropalılar tərəfindən diqqət mərkəzində saxlanılıb və “Arsenal”dan sonra “Mançester Yunayted” də Ferdini heyətinə qatmaq üçün səylərini intensivləşdirib. “SportsMole”nin xəbərinə görə, həmçinin “Borussiya Dortmund” Kadıoğlunu transfer etmək istəyir. Nuri Şahinin rəhbəri olduğu “Borussiya Dortmund” "Fənərbaxça"ya 30 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, ötən mövsüm "Fənərbaxça"nın heyətində 53 matça çıxan Ferdi Kadıoğlu 3 qol vurub, 5 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR