Tuncay Şanlı Anelkanın direktor işlədiyi klubun məşqçisi oldu

"Ümraniyespor" klubu yeni baş məşqçisi Tuncay Şanlı ilə müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, imzalanma mərasimində 1-ci Liqa komandası olan icraçı direktoru Anelka da iştirak edib. İmzalanma mərasimində çıxış edən Tuncay Şanlı, "Anelka burada olduğu üçün həyəcanlıyam. Meydanda yarışan və zövq verən bir komanda olacağını deyə bilərəm" deyə açıqlama verib. Anelka "Fənərbaxça"dan keçmiş komanda yoldaşı Tuncay Şanlını tərfiləyib.

Fransalı futbolçu "Onsuz da hamı onu çox yaxşı tanıyır. O, futbol əfsanəsi və mənim dostum idi. Bir yerdə oynadıq və bu gün də məşqçimizdir. Ona uğurlar arzulayıram" deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı