Sabiq başçının villasına külli miqdarda borc yazıldı

Göyçay rayonunun sabiq icra başçısı Mehdi Səlimzadə "Azərsu" Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.

Metbuat.az-ın məlumatına görə, sabiq başçı bu barədə Abşeron rayon Məhkəməsində iddia qaldırıb. M. Səlimzadə Abşeron rayonu ərazisindəki bağ evinə külli miqdarda borcun yazılmasını qanunsuz hesab edib. O, bu barədə məhkəməyə üz tutub. İcra başçısı istehlakçı hüququnun kobud pozulduğunu iddia edib və borcun silinməsi ilə yanaşı, "Azərsu"dan kompensasiya da tələb edib.

İş hakim Mirnəsir Mirhəsənlinin icraatına verilib. Hələlik iş üzrə məhkəmənin ilk iclasının vaxtı müəyyən edilməyib.

Xatırladaq ki, Azərbaycanda müxtəlif vəzifələrdə çalışan Mehdi Səlimzaqdə 2016-2022-ci illərdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı işləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı