Nazirlik Elvira Rafiqqızını cəzalandırdı

Nərimanov rayonunda fəaliyyət göstərən özəl estetik klinikaların birində həkim işləyən Elvira Rafiqqızı Səhiyyə Nazirliyi tərəfindən cərimələnib.

Metbuat.az-ın Qaynarinfo.az-a istinadən məlumatına görə, ona İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə cərimə yazılıb.

Bu maddə lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmaqla bağlıdır. Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslərin 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 30 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Elvira Rafiqqızı nazirliyin qərarından narazı qalıb. O, qərarla bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Şikayətə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı