Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, xalq artisti bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, qeyd edib:
"Ad günün mübarək, əziz Leyla! Sənə cansağlığı, xoşbəxtlik, çoxlu sevinc arzulayıram. Uşaqlarımıza göstərdiyin qayğı, diqqət və hər şeydə dəstəyinə görə təşəkkür edirəm. Xoşbəxt ol, biz həmişə yanındayıq".