Bakıda ana 4 uşağını atıb başqa kişi ilə qaçdı - FOTO

Bakıda ana 4 uşağını küçəyə atıb və başqa bir kişi ilə qaçıb.

Metbuat.az bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb:

“Uşaqların yaşı təxminən 14,5,4 yaşdır. Ən kiçiyi 5-6 aylıq olar. Böyük qız bildirir ki, anam sevgilisi ilə bizi parkda qoydu və dedi ki, gedirəm kirayə ev tapmağa. O gedən gedib…Polis əməkdaşları aşkarlayıb bölməyə aparıb”.

K.Ağazadə uşaqları tanıyan şəxslərə müraciət edib:

“Tanıyan varsa facebook səhifəmizdə şərhlərə qeyd edin. Böyük qız bildirir ki, balaca olanda Mingəçevirdə yaşamışam. Anasının adı Günay, nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş atasının adı Asim olmalıdır. Heç bir sənədləri yoxdur. Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar”.

Onlar 1 gün tibbi müayinə məqsədi ilə Qarayev xəsyəxanasına yerləşdirilib. Sosial Xidmətlər Agentliyi tərəfindən Azərbaycan Uşaqları İctimai Birliyi-nin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı