Xoşqədəm Hidayətqızına ağır itki - FOTO

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızına ağır itki üz verib.

Metbuat.az manset.az-a istinadən xəbər verir ki, "Səni axtarıram" verilişinin layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızının anası Ofeliya Baxşəliyeva vəfat edib. O üzun sürən xəstəlikdən sonra bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva bir müddət bundan əvvəl verilişində canlı yayımda həm atasında, həm də anasında xərçəng xəstəliyi aşkarlandığını bildirmiş, atasının Türkiyədə ağır əməliyyat keçirdiyini qeyd etmişdi.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı