Filarmoniyada əməliyyat keçirilir

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirib.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, əməliyyat quruma daxil olmuş məlumat əsasında başlanıb. Əməliyyat zamanı bəzi qanun pozuntuları aşkarlandığı və bir neçə nəfərin istintaqa cəlb edildiyi bildirilir.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələ nə təsdiq, nə də ki təkzib olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR