Yulian Naqelsman məğlubiyyətdən danışdı

Almaniya mübarizəni dayandırmağa layiq deyildi.

Metbuat.az xəbər verir ki, bunu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman İspaniyaya qarşı AVRO-2024-ün 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis yarımfinala yüksələn rəqib komandanı təbrik etdiyini söyləyib: "İspaniya yığmasını təbrik edirəm. İlk hissədə açıq oyun getdi. İkinci hissədə meydanda daha yaxşı olan tərəf biz idik. Təəssüf ki, cinahlardan istədiyimiz oyunu sərgiləyə bilmirdik. Almaniya mübarizəni dayandırmağa layiq deyildi. Qalib gəlmək üçün əlimizdən gələn hər şeyi etdik, amma alınmadı".

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/4 finalında İspaniyaya 1:2 hesabı ilə məğlub olan meydan sahibləri mübarizəni dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR