Meyxanaçının ölümü ilə bağlı TƏBİB-dən açıqlama

05.07.2024-cü il tarixində saat 04:54 radələrində Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Elnur Əskərov dəqiqləşdirilməmiş koma, hemorragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

09.07.2024-cü il tarixində gecə saatlarında yaxınlarının təkidi ilə E.Əskərov Bakı şəhərində yerləşən özəl klinikalardan birinin təcili tibbi yardım avtomobili ilə təxliyə olunarkən yolda vəfat edib.

Qeyd edək ki, E.Əskərov 16 il müddətində şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib, dializ müalicəsi alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı