Karyeralarını eyni klubda bitirəcəklər? - "İnanılmaz olardı"

Kriştiano Ronaldonun keçmiş komanda yoldaşı Pedro Mendes "Əl-Nəssr"in futbolçusunun Lionel Messi ilə” İnter Mayami”də bir araya gəlmə ehtimalını dəyərləndirib.

Metbuat.az xəbər verir ki, o Ronaldonun “İnter Mayami”yə transfer olmasının mükəmməl olacağını və tərəflərin karyeralarını birlikdə tamamlaya biləcəyini düşünür. O eyni zamanda bu transferin reallaşmasının çətin olduğunu ifadə edib. “BoyleSports”a danışan Mendes deyib:

"Kriştiano Ronaldonun "İnter Mayami"yə qoşulması azarkeşlər üçün heyrətamiz və Amerika futbolu üçün inanılmaz olardı. Bu, futbol tarixinin ən yaxşı iki oyunçusu olan Kriştiano Ronaldo və Lionel Messinin birlikdə oynayacağı deməkdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR