Ermənistanda hərbi hissəyə hücum edildi

Ermənistanda mülki şəxslər hərbi hissəyə hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

    Məlumata görə, insident Müdafiə Nazirliyinin Sisiandakı hərbi hissələrindən birində baş verib. Keçid məntəqəsinin qapısında vətəndaşlar iki hərbçi ilə münaqişəyə girərək onları vurub və qaz tapançasından havaya atəş açıblar.

    Bildirilib ki, üç yerli sakin Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunaraq həbs edilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı