ARB-nin yayımı dayandırıldı

ARB TV-nin yayımı dayandırılıb.

Metbuat.az xəbər verir ki, kanal bu gün saat 11:00-dan yayımını dayandırıb. Yayım 14:00-da başlayacaq.

Buna səbəb isə mayın 21-də Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audivizual yayımçıya məxsus olan "127 saat" bədii filminin yayımlanması olub.

Qeyd edək ki, bu gün səhər saatlarında ATV-nin də yayımı müvəqqəti dayandırılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR