Qurbanov bu millinin məşqçisi olmağa namizəd olub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İrlandiya millisinin sükanı arxasına keçməyə namizədlərdən biri olub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, İrlandiya Futbol Assosiasiyası baş məşqçi vəzifəsi üçün bir neçə mütəxəssislə maraqlanıb.

Qustavo Poyet, Roy Kin və Heymur Hadlqrimsson kimi məşqçilərin olduğu siyahıda Ağdam klubunun 52 yaşlı çalışdırıcısı da yer alıb.

Qeyd edək ki, İrlandiya Futbol Assosiasiyası sonda H.Hadlqrimssonla müqavilə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı