Bu sahədə ucuz kredit verilə bilər

Azərbaycanda strateji sahələrə xüsusi (ucuz) kreditlərlə dəstək verilməlidir.

Metbuat.az xəbər verir ki, bunu ölkənin aparıcı holdinqlərindən birinin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov Bakıda keçirilən “CEO MeetUp Logistics&Trade” adlı, logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş tədbirdə bildirib.

"İndiki kredit faizləri ilə logistikanı inkişaf etdirmək olmur. Bir çox ölkələrdə bizim kimi şirkətlər logistika xidmətini alırlar. Ancaq biz bunu edə bilmirik, həmin xidməti özümüz həyata keçiririk, nəticədə işimiz mürəkkəbləşir. Hazırda işin 50 %-i logistikadır. Əgər logistikanı yaxşı bilmədinsə məsrəflər artır və rentabelliliyə ciddi təsiri olur. Ölkəmizin inkişafında logistikanın rolu böyükdür, ancaq onu inkişaf etdirmək üçün çox yol getməliyik. Bu sahənin inkişafı ciddi maliyyə istəyir. Sektora ciddi yatırımlar olmalıdır", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı