Mbappe bir gündə "Real"a bu qədər qazandırdı - MƏBLƏĞ

"Real Madrid" Kilian Mbappenin adı olan formanın satışından ilk gündə 800 min avro qazanıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, madridlilərlə müqavilə imzalayacağı dəqiqləşən ulduz futbolçunun cəmi 1 gün ərzində 7 min forması satılıb.

Qeyd edək ki, fransız futbolçunun son klubu PSJ olub. Onun ispan klubunda təqdimat mərasimi 16 iyulda baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR