İspaniya dördüncü dəfə Avropa çempionu oldu - VİDEO

Almaniyada keçirilən Avropa çempionatının finalında üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasındakı oyun başa çatıb.

Metbuat.az xəbər verir ki, final qarşılaşması İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İspaniyanın heyətində İnaki Vilyams və Miker Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub.

Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.

***

Almaniyada keçirilən Avropa çempionatının final oyununda üz-üzə gələn İspaniya və İngiltərə yığmaları arasında oyun başlayıb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü fransalı hakim Fransua Leteksye idarə edir.

Matçı canlı izləyin:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR