BRİCS-ə üzvlük Azərbaycana nə verəcək? - Ekspert

Milli məclisin sədri Sahibə Qafarrova iyulun 11-12-də Sankt-Peterburqda keçirilən BRİCS Parlament Formunun plenar iclasındakı çıxışı zamanı Azərbaycanın BRİCS-ə üzv olmaq istədiyini bildirib.

BRICS üzvləri ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər. Buraya Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası kimi ölkələri daxildir.

Bəs Azərbaycanım BRİCS-ə üzv olmaq istəyi bizim maraqlarımıza uyğundurmu? Oraya üzvlük bizə nə vəd edə bilər?

Mövzu ilə bağlı Metbuat.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, BRİCS-ə üzv olmaq uzun prosesdir. Azərbaycan ilkin mərhələdə müşahidəçi ola bilər. Hətta NATO üzvü olan Türkiyə də BRİCS-ə üzv olmaq istədiyini bildirib. Türkiyə ilə yanaşı Macarıstanın da belə arzusu olduğu bilinir.

“Yəni BRİCS-ə üzv olmaq Avropa Birliyi və NATO ilə rəqib olacağımız mənasına gəlmir. Amma Azərbaycanın çox qısa müddət ərzində o təşkilata üzv olacağını düşünmürəm. Prosedur qaydaları həddindən artıq zaman alan məsələdir. Həm də Azərbaycanın iqtisadi münasibətləri daha çox qərb ölkələri ilədir. Fikirləşmək lazımdır ki, bizə hansı təşkilata üzv olmaq sərf edir. Bu çox ciddi müzakirə olunacaq məsələdir”.

Ekspert deyir ki, xarici ticarət balansımıza baxdıqda bizim ticarətimiz 80-81faiz Avropa ilədir. Ümumiyyətlə ixracatımızın 81 faizi Avropa ilədir. “Bu bizə nə verəcək?” sualının cavabını tapmaq lazımdır. Həmin ölkələr ilə iki tərəfli münasibət saxlamaq olarsa, niyə o birliyə üzv olmaq ehtiyyacı yaransın? Bu haqqda düşünməyə dəyər.

Mədinə Zaur / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı