Həsən İsmayılov nazir postuna gətirildi - FOTO

Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

Metbuat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 16 iyul 2024-cü il tarixli Sərəncama əsasən Həsən Bayram oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

    Qeyd edək ki, Həsən İsmayılov 27 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini təyin edilib. O, 10 yanvar 2023-cü il tarixdən isə nazir vəzifələrini müvəqqəti icra edirdi.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR