Mbappe rəsmən "Real Madrid"də - CANLI YAYIM

Fransız ulduz futbolçu Kilian Mbappe "Real Madrid" klubu ilə müqavilə imzalayıb.

Metbuat.az bildirir ki, imzalanma mərasimi klubun sosial şəbəkə hesablarında canlı yayımlanır. Mbappenin müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə olacaq. O, "Real Madrid"in ev stadionu olan "Santyaqo Bernabeu"da azarkeşlərə təqdim olunub.

Fransalı hücumçu PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Madrid komandasına keçid edib. "Real Madrid" onun transferi barədə iyunun əvvəlində elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR