İcra başçısı təyin edilən Əbdül-Qədirov kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Cavid Teyrun oğlu Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Metbuat.az onun dosyesini təqdim edir:

1984-cü ildə Bakı şəhərində anadan olub.

2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2008-2013-cü illərdə Səhiyyə Nazirliyi-HİV/AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Proqramın layihə Əlaqələndirmə Bürosunda maliyyə mütəxəssisi, direktor, 2013-2018-ci illərdə isə “RMDM” ASC-baş direktorun müavini, baş direktor vəzifələrində işləyib.

2018-ci ildə Azərbaycan Respublikaının əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-2020-ci illərdə Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi, 2020-2021-ci illərdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

2021-ci ildən yeni təyinatadək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.

İngilis, rus dillərini sərbəst bilir.

Ailəlidir, iki övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR