6 ayda korrupsiya cinayətinə görə 25 nəfər həbs edilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 2024-cü ilin altı ayı ərzində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalayıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə 2024-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı əməliyyat müşavirəsində deyilib.

Bildirilib ki, bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanıb:

“Keçirilmiş 28 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 4 nəfər saxlanılıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı