Mbappe bu qədər qazanacaq - Müqavilənin detalları

Fransız ulduz Kilian Mbappenin "Real Madrid" ilə bağladığı müqavilənin maliyyə detalları məlum olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu "Kral klubu"nun tarixində ən çox maaş alan oyunçu olacaq. 25 yaşlı hücumçunun qazancı vergilər də nəzərə alınmaqla bir mövsüm üçün 15 milyon avro təşkil edəcək. Eyni zamanda, imic hüquqlarının 60-80 %-i forvardda qalacaq.

Mbappe transfer bonusu kimi 100-115 milyon avro qazanacaq. Lakin bu məbləğ ona 5 il ərzində ödəniləcək.

Qeyd edək ki, K.Mbappe "Real" ilə 5 illik sözləşmə imzalayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR