"Neftçi" Türkiyə klubuna qalib gəldi

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirib.

Metbuat.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin Superliqa təmsilçisi "Sivasspor"la qarşılaşıb.

"Palandöken Yüksek İrtifa Camp Facilities"də keçirilən matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, "Neftçi" klubu ilk yoxlama matçında Superliqanın digər təmsilçisi "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR