ANAMA əhaliyə müraciət etdi

"ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır".

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı məlumatda deyilir.

    Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə - DAYANIN, hərəkət etməyin!

    Mina hadisəsinin şahidi olduğunuz halda, həmin yerə yaxınlaşıb kömək etməyə cəhd etməyin, özünüzü təhlükəyə atmayın!

    Dərhal hadisə barədə 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin!

    Qeyd edək ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

    Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Əliqəmə oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.

    Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Qaraşov Rahim Əşrəf oğlu ikinci minanın partlaması müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı