Azərbaycanda 25 nəfər rüşvət alarkən yaxalandı

Korrupsiya cinayəti törədən 25 şəxs bilvasitə cinayət başında yaxalanıb.

Metbuat.az bildirir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən Geniş Kollegiya İclasında bildirib.

Qeyd edilib ki, 2024-cü ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanılmış, keçirilmiş əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs bilvasitə cinayət başında yaxalanmış, habelə 4 nəfər axtarışda olan şəxs saxlanılmışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR