Kreml Ermənistana xəbərdarlıq etdi

"Rusiya ümid edir ki, Ermənistan Ukraynanın vaxtilə seçdiyi yolu seçməyəcək".

Metbuat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ermənistan suveren ölkədir. O özü qarşılıqlı fəaliyyətin prioritet sahələrini seçir. İrəvanın axtarışlarına hörmətlə yanaşırıq, lakin ümid edirik ki, bu axtarışlar vaxtilə Kiyev rejiminin seçdiyi yola gətirib çıxarmayacaq", - Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı