Panik atakın simptomları bunlardır - "10 dəqiqə ərzində..."

Panik atak qəfil başlayan, sürətlə şiddətlənən, başlanğıcı və sonu olan güclü qorxu və sıxıntı tutmasıdır. Panik atak zamanı simptomlar adətən güclənir və təxminən 10 dəqiqə ərzində pik həddə çatır, sonra adətən tədricən yox olur.

Metbuat.az xəbər verir ki, bu barədə Medicina.az-a psixoloq Leyla Əli bildirib.

O, panik atak zamanı baş verənləri belə sıralayıb:

* ürək döyüntüsü,

* tərləmə, titrəmə,

* nəfəs darlığı və ya boğulma hissi,

* Sinə ağrısı

* Bulantı və ya qarın ağrısı,

* baş gicəllənməsi, yıxılacaq və ya huşunu itirəcək kimi hiss,

* qeyri-reallıq, ətrafın real olmadığını və ya insanın yad olduğunu hiss etməsi, özündən ayrılıq hissi,

* idarəetməni itirmək və ya dəli olmaq qorxusu, ölüm qorxusu,

* bədəndə uyuşma

Simptomlara titrəmə, titrəmə və ya qızdırma, ağız quruluğu da daxildir.

"Təxminən 10 dəqiqə ərzində sadaladığımız simptomlardan ən azı 4-ü birlikdə qıcolma kimi baş verirsə, biz buna panik atak deyirik", - deyə psixoloq qeyd edib.

Onun sözlərinə görə, panik atak zamanı insan adətən böyük qorxu hiss edir və sonun gəldiyini düşünür. Həmin an “dəli oluram”, “ağlımı itirəcəm”, “nəzarəti itirəcəm”, “infarkt keçirirəm”, "insult keçirirəm” fikirləri ağlı məşğul edir. Bu güclü qorxu və fəlakət hissi səbəbindən hər panik atak insan üçün bir növ travmatik vəziyyətdir. Panik atak zamanı rast gəlinən hallar fiziki xəstəliklərin də əlamətləri olduğu üçün atak keçirən şəxs öncə fiziki müayinələrdən keçməli, problem aşkarlanmazsa, psixiatrla müalicəyə və psixoloqla psixoterapiyaya başlamalıdır", - deyə Leyla Əli vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı