Bu gün üç idmançımız mübarizə aparacaq - “Paris-2024”

Azərbaycanın üç idmançısı bu gün "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Metbuat.az xəbər verir ki, ilk olaraq cüdoçular tatami üzərinə çıxacaqlar.

Kişilərin yarışında Yaşar Nəcəfov (66 kiloqram) serbiyalı Straxinya Bunçiçlə qarşılaşacaq.

Qadınların mübarizəsində isə Gültac Məmmədəliyeva (52 kiloqram) qüvvəsini sınayacaq. Azərbaycan millisinin qadın bayraqdarı ABŞ təmsilçisi Anjelika Delqadonu sınağa çəkəcək. Cüdo yarışları Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Günə boksçumuz Alfonso Dominqes (92 kiloqram) yekun vuracaq. Tokio Olimpiadasının bürünc mükafatçısı 1/8 finalda kubalı Xulio Sesar la Krusla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 18:18-də start götürəcək.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan Azərbaycan idmançılarından Diana Dımçenko akademik avarçəkmə növündə 2000 metr məsafəyə fərdi yarışda 1/4 finala vəsiqə qazanıb.

Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı