Taksilərin qiyməti 60 manatadək artdı

Bakıda yağan leysan yağışları taksi xidmətlərinin qiymətinin artmasına səbəb olub.

Metbuat.az teleqraf-a istinadən xəbər verir ki, adi günlərdə 8-10 manata gedilən məsafələrin gedişhaqqı hazırda 25-30 manat arasında dəyişir.

Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 40-45 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 14-17 manat təşkil edirdi.

Bunlar adi - ekonom taksi xidmətinin qiymətidir. Komfort taksilərdə isə Bakının müxtəlif istiqamətləri üzrə qiymətlər 60 manatadək artıb.

Bundan başqa, Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 20-25 dəqiqə gözləməli olurlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı