Azərbaycan boksçusu ilk qələbəsini qazandı - “Paris-2024”

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Metbuat.az xəbər verir ki, 92 kiloqramda çıxış edən idmançı 1/8 finalda kubalı Xulio Sezar la Krusla qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn idmançı 1/4 finala yüksəlib. A.Dominqes bu raundda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR