“Fənərbaxça”nın istədiyi hücumçu qərarını verdi

“Barselona”nın futbolçusu Robert Levandovski ABŞ-a transfer ola bilər.

Metbuat.az xəbər verir ki, MLS komandaları Robert Levandovskini heyətinə qatmaq üçün hərəkətə keçib. İspan mətbuatında çıxan xəbərlərə görə, polşalı hücumçunun yüksək maaş yükündən qurtulmaq istəyən "Barselona" yaxşı təklif qarşılığında futbolçunun getməsinə icazə verib. Səudiyyə Ərəbistanı komandalarından da təklif alan Levandovskinin MLS-i seçdiyi bildirilir. MLS komandalarının Robert Levandovskiyə Kataloniya komandasında aldığı maaşa bərabər iki illik müqavilə təklif etdiyi irəli sürülür.

Qeyd edək ki, Robert Levandovskinin adı “Fənərbaxça” ilə də hallanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı