Olimpiya çempionu Hidayətdən ilk paylaşım - FOTO

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan cüdoçusu Hidayət Heydərov Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub. 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələyərək, qızıl medal qazanıb.

Metbuat.az xəbər verir ki, o, çempionluğu ilə bağlı sosial media hesabında paylaşım edərək qeyd edib:

“16 il sonra Azərbaycana cüdodan Olimpiya qızıl medalını gətirdiyim üçün çox xoşbəxtəm. Bu il Avropa, Dünya və Olimpiya oyunlarında məni dəstəkləyən, inanan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Önümüzdəki illərdə də Azərbaycan bayrağını kürsünün ən yüksək pilləsində dalğalandıracağıma da sözüm olsun”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR