Bu şəxslər acı bibərdən uzaq durmalıdır

Acı bibərin insan orqanizminə bir çox faydaları olsa da, zərərləri də mövcuddur. Ona görə də, bəzi insanlar acı bibər yeyərkən ehtiyatlı olmalıdır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, həddindən artıq acı bibər qəbul edilməsinin mədə və bağırsaqlar üzərində mənfi təsirləri təsdiq edilmişdir. Davamlı olaraq acı bibər yeyilməsi bu orqanlarda müəyyən xəstəliklərin meydana çıxmasına zəmin yarada bilər.

Mütəxəssislərin fikrincə, mədəsində problem olan, ürək və təzyiq problemi yaşayan, diabet xəstələri və göz problemləri yaşayan şəxslər acı bibər qəbul etməmişdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

Həmçinin, acı bibər yedikdən sonra aşırı su içmək tələbatı yaranır ki, bu da müəyyən sağlıq problemlərinə yol aça bilər. Eyni zamanda, hamiləlik zamanı aci bibər yeyilməsi hormonlara mənfi təsir göstərə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı