Sakinlərin nəzərinə - Bu ərazilərdə qaz olmayacaq

“Lökbatan” QPS-də və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında 31.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

"Azəriqaz"dan Metbuat.az-a verilən məlumata görə, işlər yekunlaşanadək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Məlumata görə, bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR