Millimizin futbolçusu türk klubuna keçə bilər

Türkiyənin I Liqasında çıxış edən "Erzurumspor" Azərbaycan millisinin futbolçusu Renat Dadaşovu icarəyə götürmək istəyir.

Metbuat.az bildirir ki, bununla bağlı Türkiyə klubu ilə İsveçrənin "Qrasshopper" klubu ilə danışıqlar gedir.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsüm icarə əsasında "Hatayspor"un formasını geyinib. Onun İsveçrə təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR