Dünya şöhrətli musiqiçi Bakıya gəlir

Dünya şöhrətli kamança ifaçısı Mark Eliyahu avqustun 11-də Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcək.

Metbuat.az xəbər verir ki, konsertdə ifaçı tamaşaçıların qarşısında “Journey”, “About love”, “Endless”, “Let it go” kimi əsərləri səsləndirəcək.

Qeyd edək ki, Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. O, 16 yaşında Azərbaycana gəlib və əməkdar artist Ədalət Vəzirovdan dərs alıb.

Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo-albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı