"Bu halda tarixin ən yaxşılarından olacaq" - Ançelotti Ardadan danışdı

Ötən gün ABŞ-də "Milan" klubu ilə yoldaşlıq oyununda qarşı-qarşıya gələn "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti matçdan sonra Arda Gülər barədə danışıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, italiyalı mütəxəssis türk ulduz barədə müsbət fikirlər səsləndirib:

"Arda tətildə çox yaxşı çalışdı. Daha güclü, daha dözümlü və eyni keyfiyyətdə qayıtdı. Arda gələcəkdə yarımmüdafiədə oynasa, tarixin ən yaxşılarından ola bilər. Onun üçün ən yaxşı mövqe "10 nömrə" və ya orta sağdır. Solda oynamaq onun üçün yaxşı deyil. Sağda daha çox zərbə imkanı tapa bilər. Onun üçün önəmli bir mövsüm olacaq, daha böyük bir rolu olacaq",

Qeyd edək ki, Arda Gülər "Milan"a qarşı əsas heyətdə meydana çıxıb və ikinci hissədə əvəzlənib. Oyun "Milan"ın 1:0 hesablı qələbəsi ilə bitib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR