Oyun zamanı Modriçdən Ardaya tövsiyə - "Bunu etmə"

Yeni mövsümün hazırlıqlarını ABŞ-da davam etdirən "Real Madrid" "Milan"la yoldaşlıq oyunu keçirib.

Metbuat.az xəbər verir ki, Arda Gülerin ilk 11-də başladığı matçda “Real Madrid” 0-1 hesabı ilə məğlub olub. Arda Güler matçın diqqət çəkən futbolçularında biri olub. Məlumata görə, matç zamanı Luka Modriçlə Arda Güler arasında maraqlı anlar yaşanıb.“Defensa Cental”ın xəbərinə görə, Ardanın fürsət olmasına baxmayaraq uzaq məsafədən qapıya zərbə vurmaq istəmədiyini görən Modriç ona tövsiyə verib.

Modriç Ardaya “Bunu etmə. İmkan olanda uzaqdan cəhd etməkdən çəkinmə. Əla zərbə vurmaq bacarığından faydalan” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR