Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Bu il avqust ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda 0.23% və ya 28.1 milyon ABŞ dolları artaraq 11 milyard 765.7 milyon ABŞ dollarına çatıb.

Metbuat.az xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları son 1 ildə isə 27.3% və ya 2 milyard 521.7 milyon dollar artıb. Belə ki, 2023-ci ilin eyni dövründə AMB-nin valyuta ehtiyatları 9 milyard 244 milyon dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı