“Qalatasaray” və “Fənərbaxça”nın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.
Metbuat.az xəbər verir ki, mübarizəyə pley-off mərhələsindən qoşulan “sarı-qırmızılar” İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gələcək.
Turnirin 3-cü təsnifat mərhələsində Fransanın “Lill” klubu ilə qarşılaşacaq “Fənərbaxça” isə rəqibini keçəcəyi təqdirdə, “Slavia Praqa” – “Yunion SJ” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları 20-21 avqustda, cavab görüşləri isə 27-28 avqustda keçiriləcək.