İyul ayında çaylarda müşahidə olunan vəziyyət açıqlandı

Bu il iyul ayında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçib.

Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib. O bildirib ki, iyul ayında ümumi olaraq ölkə üzrə 43 sel hadisəsi qeydə alınıb ki, bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çox olmaqla, son 50 il ərzində ən çox sel hadisəsi olan iyul ayı kimi qeydə alınıb.

    Onun sözlərinə görə, iyul ayı ərzində ölkənin yerli çaylarında, xüsusilə Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsi ərazilərindən axan əksər çaylarda sululuq normadan yüksək, bəzi çaylarda isə normadan aşağı olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı