"Qalatasaray" avrokuboklardan uzaqlaşdırıla bilər

Türkiyənin "Qalatasaray" klubu avrokuboklardan uzaqlaşdırıla bilər.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, buna səbəb klubun Derrik Köhnə görə "Hannover 96"-ya qalan 2,5 milyon avro borcudur. Türk mediası yazır ki, İstanbul təmsilçisi ciddi böhranla üzləşib və FİFA kluba xəbərdarlıq edib.

Qeyd edək ki, "Qalatasaray" Köhnü 2023-24-cü il mövsümündə 3,5 milyon avroya heyətinə qatıb. Son olaraq klubun Qabriel Sara üçün 18 milyon avro ödəməsi "Hannover96"nın türk klubundan FİFA-ya şikayət etməsinə səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı