Alman məşqçi Mahir Emreliyə tərif yağdırdı

Həqiqətən yaxşı oyunçu qazandıq. O, yaxşı təcrübəyə malikdir.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin keçidi haqqında danışarkən deyib.

Mütəxəssis 27 yaşlı hücumçu haqqında müsbət fikirlər səsləndirib: "Emreli II Bundesliqada mübarizə aparacaq gücdədir. Əla zərbələri var. Topla yaxşı oynaya, qaça bilir və boşluqları hiss edir".

Qeyd edək ki, M.Emreli “Nürnberq” ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı